Dostlar, artıq neçə vaxtdır ki, əməlli yaddaş problemi yaşayıram
Dostlar, artıq neçə vaxtdır ki, əməlli yaddaş problemi yaşayıram. Əvvəllər gündəlik nələrisə unudurdumsa, indi neçə il əvvəl olmuş hadisələr tamamilə yaddaşımdan silinir. Məsələn, sən demə 2 il əvvəl bir şirkətlə görüşə getmişəm, söhbətin ortasında ayaqyolunun yerini soruşub, otaqdan çıxmışam, sonra qayıdıb, görüşü bitirməmiş qapıdan sağollaşıb getmişəm. Şirkət də fikirləşib ki, görəsən buna noldu? Nə dedik xətrinə dəydi?!))) Mənə bu yaxınlarda danışanda dedim, siz məni kimləsə səhv salırsınız. Amma iki nəfər eyni şeyi dedi. Həm pərt, həm şok oldum. Beynimdə isə həmin görüş Ctrl+Shift+Delete ilə silinib. Dünən yenə eyni şeyi yaşadım. Müsahibə vermişəmmiş, nə həmin müsahibə, nə jurnalist, nə yer heç biri yadımda deyil. Elə bil belə bir şey ümumiyyətlə olmayıb. O dəfə bir köhnə iş yoldaşımı bir ay ərzində iki dəfə tanımadım. Hər dəfəsində ilk dəfədir görürmüş kimi baxdım. Amma deməzdim hər şey silinir. Çox köhnə və balaca detallar var ki, yadımdadır. Belə baxıram gündəlik yazmalı olacam, yoxsa camaatdan ayıbdır.))
// Şərhlər
// Şərh yazın