Hekayəm
About image

Taleh Yüzbəyov

Taleh Yüzbəyov 6 dekabr 1986-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1994-cü ildə Binəqədi rayon 143 saylı orta məktəbində 1-ci sinifə getmişdir. 2009-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr və kino aktyoru ixtisasını bitirmişdir. 2008-ci ildə universitetin 3-cü kursundan Azərbaycan Dövlət Pantomim Teatrında çalışmağa başlamış, "Dulusçu", "Çərçivə", "Pantomim buketi", "Tıq-Tıq xanım" və s. tamaşalarda rol almışdır. 2009–2010-cu illərdə Qazax rayonu N saylı hərbi hissəsində hərbi xidmətdə olmuşdur. 2010-cu ildə Azərbaycan Dövlət Pantomim Teatrında işləməyə davam etmiş, 2011-ci ildən isə teatrdan uzaqlaşaraq "Azerfon" şikətində işə başlamışdır. 2017-ci ildə "YÜZ production" şirkətini qurmuş, bir çox yerli və qlobal şirkətlərin sifarişi əsasında reklam filmləri çəkmiş və baş rolda oynamışdır. 2015-ci ildən kino karyerasına başlamış, "Oğlan evi: Azərbaycansayağı qarət", "21 sual", "Qız qaçırtma" və s. filmlərdə rol almışdır. 2016-cı ildən Facebook, Youtube, Instagram sosial şəbəkələrində videoblogger kimi fəaliyyət göstərir.

line
Bacarıqlar

Bacarıqlar və Təcrübə

Aktyorluq
Aktyorluq

Film və teatr səhnəsində müxtəlif rollarda təcrübə.

Rejissorluq
Rejissorluq

Participation as a director in short films and feature projects.

Ssenaristlik
Ssenaristlik

Özgün hekayələr və ssenarilər üzərində iş.

Təcrübə

Karyera və Təcrübə

  • Universtet 2005-2009

    Ssenarini ekrana çevirir və filmin ümumi vizual idarəsini aparır.

  • Teatr

    2008-ci ildə universitetin 3-cü kursundan Azərbaycan Dövlət Pantomim Teatrı

  • Kino

    2015-ci ildən etibarən kinoda aktyor, rejisor və ssenari müəllifi kimi fəaliyyət göstərir.

  • Videobloger

    2016-cı ildən bəri müxtəlif sosial şəbəkə platformalarına videolar çəkir.

  • Yüz Production

    2017-ci ildən öz şirkətini quraraq bir çox reklam və filimlərin istehsalı ilə məşğul olur.